KİV: Makron Aİ liderlərinə "geri yol yoxdur" mesajı verib
Fransa Prezidenti Emmanuel Makron yanvarda Brüsseldə keçirilən Avropa İttifaqı liderlərinin fövqəladə sammitində Aİ-nin ABŞ Prezidenti Donald Trampla münasibətlərində "geri yolun olmadığını" bəyan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə The Wall Street Journal sammit iştirakçılarına və onların yüksəkvəzifəli köməkçilərinə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, ABŞ-ın yaxın müttəfiqləri il ərzində Donald Trampı təriflər və müdafiə, eləcə də ticarət sahəsində güzəştlərlə sakitləşdirməyə çalışaraq vaxt qazanmağa ümid ediblər. Lakin Trampın Qrenlandiyanı ABŞ-ın tərkibinə qatmaq istəyi Avropa ölkələrini adaya hərbi qüvvələr göndərməyə vadar edib.
Məlumata əsasən, Makron sammitdə uzun illərdir müdafiə etdiyi mövqeyi bir daha səsləndirib və Avropanın ABŞ-dan həddindən artıq asılılığının təhlükəsizlik üçün risk yaratdığını vurğulayıb.
"Biz xətt çəkirik. Geri yol yoxdur", – deyə Fransa prezidenti bildirib.
The Wall Street Journal qeyd edir ki, sonradan Avropanın aparıcı siyasətçiləri həmin böhran iclasını İkinci Dünya müharibəsindən sonra ortaq taleyi bölüşən Avropa ilə ABŞ arasında münasibətlərdə dönüş nöqtəsi və Avropa ölkələrinin daha müstəqil inkişaf yolu axtarmağa başladığı an kimi qiymətləndiriblər.
10:43 06.07.2026
Oxunuş sayı: 55