Venesuelada zəlzələ qurbanlarının sayı 3342-yə çatıb
Venesuelada baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların sayı 3 342 nəfərə yüksəlib.
Crossmedia.az xəbər verir ki, bu barədə Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriges danışıb.
Onun sözlərinə görə, iyulun 5-nə olan məlumata əsasən, zəlzələ nəticəsində 16 740 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Xilasetmə və axtarış əməliyyatları davam edir, zərərçəkənlərə yardım göstərilir.
07:30 06.07.2026
Oxunuş sayı: 65