Venesuelada dəhşətli zəlzələdə ölənlərin sayı 2954-ə çatdı
İyunun 24-də Venesuelada baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 2 954 nəfərə çatıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, ölkədə baş verən güclü zəlzələ böyük insan itkisi və ciddi dağıntılarla nəticələnib.
Məlumata görə, təbii fəlakət nəticəsində 16 592 nəfər xəsarət alıb, 16 309 nəfər isə evsiz qalıb və müvəqqəti sığınacaqlara yerləşdirilib.
Bildirilib ki, zəlzələ nəticəsində 190 bina tamamilə dağılıb, 856 tikili isə ciddi ziyan görüb. Axtarış-xilasetmə əməliyyatları davam edir və ölənlərin sayının artacağı istisna edilmir.
11:18 05.07.2026
Oxunuş sayı: 65