Fon der Lyayen Bakı və İrəvandan sonra NATO sammitinə qatılacaq
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Azərbaycan və Ermənistana səfərlərini başa vurduqdan sonra Türkiyənin paytaxtı Ankarada keçiriləcək NATO sammitində iştirak edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının baş mətbuat katibi Paula Pinyonun Brüsseldə keçirdiyi brifinqdə məlumat verib.
Məlumata əsasən, Avropa Komissiyasının sədri NATO sammitində iştirak etməklə yanaşı, sammit çərçivəsində təşkil olunacaq hərbi sənaye forumunda da çıxış edəcək.
16:59 02.07.2026
Oxunuş sayı: 51