Gürcüstan limanındakı NEZ Rusiya neftindən tam imtina edir
Gürcüstanın Kulevi limanında yerləşən neft emalı zavodu avqust-sentyabr aylarından etibarən Rusiya mənşəli neft idxalını tam dayandırmağı planlaşdırır.
Crossmedia.az xəbər verir ki, Black Sea Petroleum bu barədə məlumat yayıb.
Şirkətin açıqlamasına görə, müəssisə bundan sonra yalnız Rusiya mənşəli olmayan xam neft emal edəcək.
Bildirilib ki, bu qərar Black Sea Petroleum şirkətinin istehsal etdiyi məhsulların yüksək gəlirlilik vəd edən beynəlxalq bazarlara çıxışını təmin edəcək.
Şirkət qərarın qüvvəyə minəcəyi dəqiq tarixi açıqlamayıb, lakin keçidin avqust-sentyabr aylarında tamamlanmasının nəzərdə tutulduğu qeyd olunub.
16:52 02.07.2026
Oxunuş sayı: 52