ABŞ bu ölkədəki səfirliyi üçün torpaq sahəsini 1 dollara aldı
Vaşinqton Qüdsdəki səfirliyin yerləşdiyi torpaq sahəsi üçün İsrailə cəmi 1 dollar ödəyib.
Crossmedia.az xəbər verir ki, ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi bu barədə açıqlama verib.
Hakabinin sözlərinə görə, ABŞ hökuməti Qüdsdəki səfirlik binasının yerləşdiyi əraziyə görə İsrailə simvolik məbləğ – 1 dollar ödəyib.
Səfir torpaq sahəsinin alınmasına dair əlavə təfərrüat açıqlamayıb.
16:17 02.07.2026
Oxunuş sayı: 46