Paşinyan: Ermənistanın prioriteti yalnız milli maraqlarıdır
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin xarici siyasətdə balanslı kursunu davam etdirəcəyini və bütün qərarların yalnız milli maraqlar əsasında veriləcəyini bəyan edib.
Crossmedia.az xəbər verir ki, Ermənistan hökuməti bu barədə məlumat yayıb.
Paşinyan bildirib ki, İrəvanın məqsədi Rusiya ilə münasibətlərdə böhran yaratmaq deyil. Onun sözlərinə görə, Ermənistan bütün beynəlxalq tərəfdaşlarının maraqlarını nəzərə almağa çalışacaq, lakin ölkənin milli maraqları hər zaman əsas prioritet olacaq.
Baş nazir həmçinin təsdiqləyib ki, Rusiya hökumətinin sədri Mixail Mişustinlə telefon danışığı onun təşəbbüsü ilə baş tutub.
Paşinyanın sözlərinə görə, tərəflər yaxın vaxtlarda daha ətraflı danışıqların keçirilməsi barədə razılığa gəliblər.
16:12 02.07.2026
Oxunuş sayı: 49