Avropa İttifaqı Rusiya kanalından videolar yayımlayanları cəzalandıracaq
Avropa İttifaqı Məhkəməsi Rusiyanın RT telekanalına məxsus videoların açıq platformalarda paylaşılmasına görə şəxslərin hüquqi məsuliyyətə cəlb oluna biləcəyinə qərar verib.
Crossmedia.az xəbər verir ki, TASS bu barədə məlumat yayıb.
Məlumata görə, Avropa İttifaqında RT-yə aid videoları açıq kanallarda və internet saytlarında yayımlayan şəxslər məsuliyyətə cəlb oluna biləcək.
Bildirilir ki, ilk cinayət işləri RT-nin videolarını internet saytında paylaşan Almaniyanın üç vətəndaşı barəsində açılıb.
Avropa İttifaqı Məhkəməsi qərarında qeyd edib ki, RT-yə məxsus istənilən materialı yayan şəxslər tam hüquqi məsuliyyət daşıyırlar. Qərarda həmçinin vurğulanıb ki, paylaşılan videonun nə məzmunu, nə də müddəti məsuliyyət baxımından əhəmiyyət daşımır.
15:30 02.07.2026
Oxunuş sayı: 48