Litva nüvə silahına qoyulan qadağanı Konstitusiyadan çıxarmağa hazırlaşır
Litva Prezidenti Gitanas Nauseda ölkə ərazisində nüvə silahının yerləşdirilməsinə qoyulan qadağanın Konstitusiyadan çıxarılacağını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, “İzvestiya” bu barədə məlumat yayıb.
Nausedanın sözlərinə görə, bu addım gələcəkdə yarana biləcək yeni təhlükəsizlik şəraitində hüquqi məhdudiyyətlərin olmaması məqsədi daşıyır. O bildirib ki, dəyişiklik Litvanın və NATO-nun müdafiə potensialından daha səmərəli istifadə etməyə imkan verəcək.
Litvanın müdafiə naziri Robertas Kaunas qeyd edib ki, ölkə NATO-da ərazisində nüvə silahının yerləşdirilməsini qadağan edən azsaylı üzvlərdən biri, hətta faktiki olaraq yeganə üzvüdür.
Məlumata görə, bundan əvvəl Finlandiya da nüvə silahı ilə bağlı qadağanı ləğv edib. Bununla ölkə ərazisinə nüvə silahının gətirilməsi, hazırlanması, saxlanılması və istifadəsinə icazə verilib.
Rusiyanın Finlandiyadakı səfirliyi isə bəyan edib ki, ölkə ərazisində nüvə silahından mümkün istifadə ilə bağlı nəzarət Helsinkidən həyata keçirilməyəcək.
14:37 02.07.2026
Oxunuş sayı: 51