Rusiya səfirliyinə dronlarla növbəti hücum edilib
Rusiyanın İsveçdəki səfirliyi diplomatik nümayəndəliyin ərazisinə növbəti dəfə pilotsuz uçuş aparatları ilə hücum edildiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi bu barədə məlumat yayıb.
Nazirliyin məlumatına görə, kvadrokopterlərdən biri səfirliyin ərazisinə qırmızı boya ilə dolu konteyner atıb.
Bildirilib ki, ikinci pilotsuz uçuş aparatı isə əldəqayırma partlayıcı qurğunu xatırladan maketlə birlikdə Rusiya səfirliyinin binasının yaxınlığında səfirliyin ərazisinə düşüb.
Rusiya Xarici İşlər Nazirliyinin açıqladığı məlumat müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
13:42 02.07.2026
Oxunuş sayı: 49