Trampdan benzin qiymətləri ilə bağlı İDDİALI AÇIQLAMA
ABŞ Prezidenti Donald Tramp ölkədə benzin qiymətlərinin yaxın vaxtlarda yenidən rekord aşağı səviyyəyə enəcəyini bəyan edib.
Crossmedia.az xəbər verir ki, Donald Tramp bu barədə Truth Social platformasında paylaşım edib.
Tramp bildirib ki, ABŞ-nin 250 illik yubileyi ərəfəsində Freedom Fuel Network yanacaq şəbəkəsi Filadelfiyada benzinin qiymətini hər qallon üçün 25 sent aşağı salacaq. O, ölkə üzrə digər yanacaq satıcılarını da bu təşəbbüsə qoşulmağa çağırıb.
ABŞ prezidenti qeyd edib ki, verdiyi vədə uyğun olaraq neft qiymətləri sürətlə aşağı düşür və yanacaqdoldurma məntəqələrində benzinin qiyməti də azalır. Bununla belə, onun fikrincə, qiymətlər gözlənildiyi qədər sürətlə enmir.
Tramp həmçinin bildirib ki, ABŞ hazırda tarixinin ən güclü dövrlərindən birini yaşayır.
Qeyd edək ki, Tramp daha əvvəl də İranla bağlı hərbi əməliyyatları "ekskursiya" adlandırıb. O, bu ifadəni ABŞ və İsrailin İran ərazisindəki obyektlərə endirdiyi zərbələrdən sonra başlayan qarşıdurmanı şərh edərkən də işlədib.
13:39 02.07.2026
Oxunuş sayı: 42