Cənubi Afrikada qanunsuz miqrantlara qarşı kütləvi etirazlar keçirilir
Cənubi Afrika Respublikasında qanunsuz miqrantların deportasiyası tələbi ilə ölkə miqyasında kütləvi etiraz aksiyaları keçirilir.
Crossmedia.az xəbər verir ki, Reuters bu barədə məlumat yayıb.
Məlumata görə, etirazlara səbəb müxalifətin hökumətə qanunsuz miqrantların ölkədən çıxarılması ilə bağlı verdiyi ultimatumun başa çatması olub.
Aksiyaların əksəriyyəti dinc keçsə də, bəzi bölgələrdə etirazlar iğtişaşlara çevrilib. Miqrantlara məxsus mağazalar talan edilib, baş verən toqquşmalar zamanı 900-dən çox şəxs saxlanılıb. Hadisələr nəticəsində ölən və yaralananların olduğu bildirilir.
Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa vətəndaşları sakitliyə çağıraraq bildirib ki, etiraz hüququ zorakılıq və vandalizm törətmək hüququ vermir.
12:37 02.07.2026
Oxunuş sayı: 44