Doha danışıqları başa çatdı: ABŞ və İran razılığa yaxınlaşır
Qətərin paytaxtı Dohada ABŞ və İran arasında Qətər və Pakistanın vasitəçiliyi ilə keçirilən dolayı danışıqların növbəti mərhələsi başa çatıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari "X" sosial şəbəkəsində məlumat yayıb.
Onun sözlərinə görə, vasitəçilərin ABŞ və İran nümayəndə heyətləri ilə keçirdiyi ayrı-ayrı görüşlərdən sonra tərəflər ikitərəfli razılaşmanın bir sıra əsas məsələləri üzrə qarşılıqlı anlaşma əldə ediblər.
Əl-Ənsari bildirib ki, məsləhətləşmələr nəticəsində müəyyən irəliləyiş qeydə alınıb və danışıqların yaxın gələcəkdə davam etdirilməsi barədə razılıq əldə olunub.
Qətər rəsmisinin sözlərinə görə, növbəti görüş İranın mərhum ali lideri Əli Xameneyinin dəfn mərasimi və matəm tədbirləri başa çatdıqdan qısa müddət sonra keçiriləcək.
12:32 02.07.2026
Oxunuş sayı: 40