Fon der Lyayen: Rusiya Ermənistana iqtisadi təzyiq göstərir
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Rusiyanı Ermənistana qarşı ciddi iqtisadi təzyiq göstərməkdə ittiham edib. Crossmedia.az xəbər verir ki, Avropa Komissiyası tərəfindən yayılan məlumatda bu barədə bildirilir.
Ermənistanın Baş naziri Nikol Paşinyan Ursula fon der Lyayenlə görüşü zamanı bildirib ki, Avropa İttifaqı Ermənistanın ən etibarlı tərəfdaşlarından biridir və İrəvanla Brüssel arasında münasibətlər indiyədək olmadığı qədər yaxınlaşıb.
Öz növbəsində Ursula fon der Lyayen qeyd edib ki, Ermənistan Rusiyanın ciddi iqtisadi təzyiqləri ilə üzləşməkdə davam edir və bu vəziyyət "iqtisadi zorakılıq həddinə çatır".
O əlavə edib ki, Avropa İttifaqının tərəfdaşlarına təzyiqlər artdıqda, birlik buna cavab olaraq fəaliyyətini gücləndirir və müvafiq tədbirlər görür.
12:12 02.07.2026
Oxunuş sayı: 53