Sülhməramlı qüvvələr çox çətin bir şəraitdə yaradıldı - Polkovnik
Sülhməramlı qüvvələrin yaradılması ölkəmiz üçün çox çətin dövrə təsadüf edib.
Crossmedia.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən “Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat”ın təqdimat mərasimində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin Planlaşdırma və Koordinasiya şöbəsinin rəisi polkovnik Abdulla Abdullayev deyib.
O əlavə edib ki, 1996-cı ildə Azərbaycan Respublikasının Ümumilli lideri Heydər Əliyev BMT-də sülh və təhlükəsizliyə töhfə verməklə bağlı öhdəliklər götürdü: “Həmin çətin dövrdə Müdafiə Nazirliyinin qarşısına çətin bir tapşırıq qoyulur - sülhməramlı qüvvələrin yaradılması. Qeyd olunan çətinliklərə baxmayaraq Azərbaycan öz iradəsini sülhməramlı qüvvələri yaradaraq ortaya qoydu. Azərbaycan Ordusunun hərbi sahədə əməkdaşlığı genişləndikcə müxtəlif təşkilatlardan sülhməramlılarla bağlı yeni təlim tədris metodları öyrənmək şansı əldə edirdi. Azərbaycan Ordusu sülhməramlı kontingenti ilə digər dövlətlərlə hərbi əməkdaşlığın güclənməsinə, strateji obyektlərin müdafiəsinə öz töhfəsini verir ki, hazırda Cənubi Sudanda Azərbaycan sülhməramlı kontingentinin olması da bunun göstəricisidir”.
Ayhan
12:21 02.07.2026
Oxunuş sayı: 31