Əfqanıstandan sonuncu çıxan ordu Azərbaycan ordusu idi - General
BMT-nin Cənubi Sudandakı missiyasında Azərbaycan Ordusunun nümayəndələri də iştirak edir.
Crossmedia.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən “Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat”ın təqdimat mərasimində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Elçin Abdullayev deyib.
General qeyd edib ki, Azərbaycanın bu addımları beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirililib. Bu həm də Azərbaycan Ordusunun nüfuzunun artması, yeni əməkdaşlıq imkanlarının yaranması deməkdir: “Əfqanıstandakı proseslərdə də oradan çıxan sonuncu ordu Azərbaycan və Türkiyə ordusu olub. Bu da bizim beynəlxalq təhlükəsizliyə verdiyimiz töhfədir. Bu gün Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə orduda islahatlar öz sürəti ilə davam edir. Və bu islahatlar sülhməramlı kontingentini də əhatə edir”.
Ayhan
11:49 02.07.2026
Oxunuş sayı: 48