KİV: Tramp köməkçiləri ilə İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpası variantını müzakirə edib
ABŞ Prezidenti Donald Tramp müdafiə naziri Pit Hegset və Baş Qərargah rəisi Den Kin də daxil olmaqla yüksək rütbəli rəsmilərlə İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara qayıtmaq variantını nəzərdən keçirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, müzakirələr İranla bağlı "işi bitirmək" mövzusuna yönəlib.
Tramp hazırda hələ də diplomatiya yoluna üstünlük verir və yekun qərar verməyib.
O, genişmiqyaslı hücumların diplomatik prosesə mane ola biləcəyini və İranın nüvə proqramının ləğvi səylərinə zərər vuracağını düşünür.
Tramp hələlik razılaşmaların pozulacağı təqdirdə İrana qarşı məhdud zərbələrin endirilməsi əmrini kifayət hesab edir.
Bununla belə, bu müzakirələr göstərir ki, o, danışıqlardakı dalandan çıxmaq yollarını axtarır və hərbi variantı tamamilə istisna etməyib.
O, danışıqların 18 avqust tarixinə olan son möhləti keçməsindən narahat olmadığını bildirib.
11:43 02.07.2026
Oxunuş sayı: 40