Kiyevə gecə hücumu: ölənlərin sayı 11-ə çatdı
Rusiyanın gecə saatlarında Kiyevə endirdiyi hücum nəticəsində şəhərdə həlak olanların sayı 11 nəfərə çatıb, dağıntılar altında qalanların axtarışı davam edir.
Crossmedia.az xəbər verir ki, Reuters bu barədə məlumat yayıb.
Yayımlanan görüntülərdə gecə saatlarında hücuma məruz qalan Kiyevdə baş verən dağıntılar və hadisə yerində çalışan xilasedicilərin fəaliyyəti əks olunub.
Son məlumata görə, hücum nəticəsində ölənlərin sayı 11 nəfərə yüksəlib. Xilasedicilər dağıntılar altında qalan insanların tapılması üçün axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.
10:26 02.07.2026
Oxunuş sayı: 43