Venesuelada zəlzələ qurbanlarının sayı 2295 nəfərə çatıb
Venesuelada baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı 2295 nəfərə yüksəlib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Dağıntılar altında qalan insanların axtarışı üçün əlavə qüvvə və texnika cəlb olunub.
Zəlzələ nəticəsində çoxsaylı yaşayış binaları və infrastruktur obyektləri dağılıb. Hadisə bölgəsində humanitar yardımın çatdırılması və zərərçəkənlərin təxliyəsi istiqamətində işlər davam edir.
08:42 02.07.2026
Oxunuş sayı: 42