Con Brennan ABŞ Ədliyyə Nazirliyini məhkəməyə verib
ABŞ-nin keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Brennan onun fəaliyyəti ilə bağlı aparılan araşdırmaya görə məhkəməyə müraciət edib.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb.
Məlumata görə, ABŞ Ədliyyə Nazirliyi Brennan və digər rəsmilərin 2016-cı il prezident seçkiləri zamanı Donald Trampın seçki kampaniyasının Rusiya ilə mümkün əlaqələri barədə aparılan araşdırmalarda qanun pozuntusuna yol verib-vermədiyini yoxlayır. Nazirlik həmçinin Brennanın bu məsələ ilə bağlı Konqresə yalan ifadə verib-vermədiyini araşdırır.
Brennanın vəkilləri məhkəmədən Ədliyyə Nazirliyinə işlə bağlı bütün sənədlərin qorunub saxlanılması barədə göstəriş verilməsini tələb ediblər. Brennan isə ittihamları rədd edərək mümkün təqibin siyasi motivli olduğunu və Tramp administrasiyası tərəfindən başladıldığını bildirib.
08:34 02.07.2026
Oxunuş sayı: 51