Çin ABŞ-ni Tayvan məsələsində ehtiyatlı olmağa çağırıb
Çin ABŞ-ni Tayvan məsələsinə son dərəcə ehtiyatla yanaşmağa çağırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, Çin xarici işlər naziri Van İ ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı zamanı Tayvan məsələsinin çox ciddi nəticələr doğura biləcəyini bildirib.
Van İ vurğulayıb ki, Tayvan məsələsi uzaqmənzilli təsirlərə malikdir və Vaşinqton bu mövzuya maksimum ehtiyatla yanaşmalıdır.
08:21 02.07.2026
Oxunuş sayı: 45