ABŞ Səudiyyədəki hərbi mövcudluğunu azalda bilər
ABŞ administrasiyası Səudiyyə Ərəbistanındakı hərbi mövcudluğunun həcmini yenidən nəzərdən keçirməyi istisna etmir.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Nəşrin yazdığına görə, buna səbəb Ər-Riyadın Hörmüz boğazında gəmiçiliyin qorunması əməliyyatı üçün öz infrastrukturunu və hava məkanını təqdim etməkdən imtina etməsi olub. Bu qərar əməliyyatın dayandırılmasına və iki ölkə arasında əlavə gərginliyin yaranmasına səbəb olub.
Məlumata əsasən, yaranmış fikir ayrılıqları fonunda Vaşinqton Səudiyyə Ərəbistanına raketdən müdafiə sistemlərinin tədarükünü məhdudlaşdıra biləcəyini bildirib. Bundan sonra Səudiyyə hakimiyyəti mövqeyinə yenidən baxıb.
08:12 02.07.2026
Oxunuş sayı: 50