Ermənistanda bəzi banklar nağd rubl əməliyyatlarını dayandırıb
Ermənistanda bir sıra banklar nağd Rusiya rublu ilə əməliyyatları dayandırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, Avrasiya İqtisadi İttifaqına üzv bəzi ölkələrin bankları da nağd rubl əməliyyatlarına tətbiq olunan şərtləri sərtləşdirib. Belarusda azı səkkiz bank qeyri-rezidentlərin hesablarına nağd rubl yatırılmasına görə 2–5 faiz komissiya tətbiq edib. Qazaxıstanda Bank CenterCredit 5 faiz komissiya müəyyənləşdirib, Qırğızıstandakı banklardan biri də oxşar qərar qəbul edib.
Qeyd edək ki, Ermənistanda bəzi banklar nağd rublun hesablara mədaxili də daxil olmaqla, bu valyuta ilə bütün nağd əməliyyatları tam dayandırıb.
07:40 02.07.2026
Oxunuş sayı: 47