Qətərin milyardlıq hədiyyəsi ilk uçuşunu həyata keçirib
ABŞ Prezidenti Donald Tramp Qətər tərəfindən hədiyyə edilən yeni prezident təyyarəsi ilə ilk uçuşunu həyata keçirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Yeni təyyarə 30 ildən artıq müddətdə ABŞ prezidentlərinə xidmət etmiş Boeing 747-2 modelini əvəz edəcək.
Təyyarənin prezident standartlarına uyğun şəkildə yenidən təchiz edilməsi və modernləşdirilməsi təxminən 1,5 milyard dollara başa gələcək.
23:16 01.07.2026
Oxunuş sayı: 44