Türkiyənin gizli hərbi potensialı açıqlandı
ABŞ-nin NATO-dakı səfiri Metyu Uitaker Türkiyəni son dərəcə qabiliyyətli müttəfiq adlandıraraq, onun həm öz təhlükəsizliyini, həm də tərəfdaşlarının təhlükəsizliyini təmin etməyə sadiq olduğunu bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Uitakerin sözlərinə görə, ABŞ-nin digər müttəfiqləri də Türkiyə kimi öz sənaye və müdafiə potensiallarını inkişaf etdirməlidir.
O, Türkiyə müdafiə sənayesinin nailiyyətlərinə toxunaraq, ölkənin gəmiqayırma zavodlarının eyni anda təxminən 50 gəmi inşa edə bilmə imkanını nümunə kimi göstərib.
22:58 01.07.2026
Oxunuş sayı: 51