İranın qərbində silahlı insidentlər intensivləşib
İranın qərbində yerləşən Kürdüstan, Qərbi Azərbaycan və Kirmanşah ostanlarında iyunun əvvəlindən etibarən silahlı insidentlərin artdığı bildirilir.
Crossmedia.az xəbər verir ki, JAMnews bu barədə məlumat yayıb.
Məlumata görə, qarşıdurmalar əsasən Mərivan, Banə, Mahabad-Piranşəhr istiqaməti və Pavə bölgələrində qeydə alınıb.
Bildirilir ki, insidentlərdə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH), sərhəd qüvvələri, eləcə də kimliyi tam müəyyənləşdirilməmiş "Xori Hiva" adlı yeni qrup iştirak edir.
Məlumatda hadisələrin səbəbləri və qarşıdurmaların nəticələri barədə əlavə təfərrüatlar açıqlanmayıb.
12:43 01.07.2026
Oxunuş sayı: 49