Vens: İranın danışıqlarla bağlı mövqeyi anlaşılmazdır
ABŞ-nin vitse-prezidenti Cey Di Vens İranın Vaşinqtonla aparılan danışıqlarla bağlı mövqeyini başa düşmədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Vens bu barədə "Maykl Nouls Şou" proqramında çıxışı zamanı danışıb.
Onun sözlərinə görə, əvvəlki razılaşmalar əsasında texniki görüşlərin keçirilməsi planlaşdırılıb.
"İranlılar sülh danışıqlarının olmadığını deyirlər, eyni zamanda sülh sazişi ilə bağlı texniki danışıqlar aparırlar. Bu, başa düşmədiyim İran danışıq tərzidir", – Vens bildirib.
ABŞ vitse-prezidenti əlavə edib ki, Ağ Ev Rəhbəri Donald Tramp hərbi əməliyyatlardan yalnız konkret məqsədə xidmət etdiyi hallarda istifadə edir.
11:12 01.07.2026
Oxunuş sayı: 52