ABŞ və Özbəkistan hərbi əməkdaşlığı genişləndirir
ABŞ və Özbəkistan 2026–2027-ci illəri əhatə edən ikitərəfli hərbi əməkdaşlıq planını razılaşdırıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Daşkənddə ABŞ Mərkəzi Komandanlığının Quru Qoşunları komandanının müavini Lini ilə Özbəkistan Milli Qvardiyasının nümayəndələri arasında görüş keçirilib.
Görüşdə mövcud əməkdaşlığın nəticələri və yaxın illər üçün strateji prioritetlər müzakirə olunub. Tərəflər 2026–2027-ci illəri əhatə edən əməkdaşlıq planının razılaşdırılması və təsdiqlənməsi, eləcə də özbək mütəxəssislərinin peşə hazırlığı imkanlarının genişləndirilməsi barədə razılığa gəliblər.
ABŞ tərəfi Özbəkistanla hərbi əməkdaşlığın daha da gücləndirilməsinə sadiq olduğunu vurğulayıb və bu istiqamətdə birgə fəaliyyətin Mərkəzi Asiyada sabitliyin möhkəmlənməsinə töhfə verdiyini bildirib.
12:32 30.06.2026
Oxunuş sayı: 50