Suriya və İraq əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Suriya Prezidenti Əhməd Əş-Şara İraqın xarici işlər naziri Fuad Hüseyni və onu müşayiət edən nümayəndə heyətini qəbul edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, görüşdə Suriya ilə İraq arasında ikitərəfli münasibətlərin inkişafı və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Tərəflər, həmçinin regional və beynəlxalq gündəmdəki məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə ortaq çağırışlara qarşı birgə fəaliyyətin gücləndirilməsi məqsədilə iki ölkə arasında koordinasiya və məsləhətləşmələrin genişləndirilməsinin vacibliyi vurğulanıb.
09:22 30.06.2026
Oxunuş sayı: 51