Bismarkın nəvəsi: NATO-ya artıq ehtiyac yoxdur
Almaniya kansleri Otto fon Bismarkın nəvəsi Aleksandr fon Bismark NATO-nun artıq mövcudluğuna ehtiyac olmadığını bildirib.
Crossmedia.az xəbər verir ki, o, bu barədə TASS agentliyinə müsahibəsində danışıb.
Aleksandr fon Bismarkın sözlərinə görə, Varşava Müqaviləsi Təşkilatı artıq mövcud deyil və Soyuq müharibə dövründə belə bir hərbi ittifaqa ehtiyac olsa da, hazırkı şəraitdə NATO-ya ehtiyac qalmayıb.
"Varşava Müqaviləsi artıq yoxdur. Soyuq müharibə dövründə belə bir qarşılıqlı hərbi blok bəlkə də lazım idi. Ancaq bu gün belə bir hərbi birliyə artıq ehtiyac yoxdur", – o bildirib.
07:00 29.06.2026
Oxunuş sayı: 51