Putin: Lukaşenko Ukrayna münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, belarusiyalı həmkarı Aleksandr Lukaşenko Ukraynadakı münaqişənin sülh yolu ilə həll olunmasını hərtərəfli dəstəkləməyə hazırdır.
Crossmedia.az xəbər verir ki, bu barədə Putin "Vesti" telekanalının jurnalisti Pavel Zarubinə müsahibəsində danışıb.
Putinin sözlərinə görə, Lukaşenko münaqişənin sülh vasitəsilə həllini dəstəkləyir və bu istiqamətdə hər cür dəstək göstərməyə hazırdır.
Rusiya prezidenti həmçinin qeyd edib ki, Kiyevdən səslənən sərt bəyanatlar Lukaşenkoda təşviş yaratmır.
06:34 29.06.2026
Oxunuş sayı: 48