“Zvartnots” videosu ətrafında suallar artır: rəsmi qurum məsuliyyətdən kənar çəkildi
Ermənistan Ədliyyə Nazirliyinə tabe olan Şəxsi Məlumatların Mühafizəsi Agentliyi keçmiş prezident Robert Koçəryanın “Zvartnots” hava limanında çəkilmiş görüntülərinin mediaya sızması ilə bağlı hüquqi qiymət verməyib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Qurumdan bildirilib ki, görüntülərin mənbəyinin müəyyənləşdirilməsi və onlara çıxışın kimlərdə olması yalnız daxili xidməti araşdırma çərçivəsində araşdırıla bilər və bu səlahiyyət Agentliyə aid deyil.
Həmçinin qeyd olunub ki, Agentlik dövlət və yerli özünüidarəetmə orqanlarının vəzifəli şəxsləri barəsində xidməti və ya intizam araşdırması aparmaq səlahiyyətinə malik deyil.
Bundan əlavə, mümkün hüquq pozuntuları ilə bağlı şübhələr olduqda vətəndaşların hüquq-mühafizə orqanlarına müraciət edə biləcəyi bildirilib.
19:10 28.06.2026
Oxunuş sayı: 50