Navrotskinin populyarlığı sürətlə artır: Son sorğunun nəticələri açıqlandı
Polşa Prezidenti Karol Navrotskinin reytinqi Ukrayna Prezidenti Volodimir Zelenskinin Ağ Qartal ordenindən məhrum edilməsi qərarından sonra rekord səviyyəyə çatıb.
Crossmedia.az xəbər verir ki, Onet portalının IBRiS mərkəzinə sifariş etdiyi sorğuya əsasən, respondentlərin 54,8 faizi Navrotskiyə etibar etdiyini bildirib. Bu göstərici əvvəlki ayla müqayisədə 8,4 faiz bəndi artaraq indiyədək qeydə alınmış ən yüksək nəticə olub.
Sorğuda Ukraynanı sərt tənqid etməsi və Kiyevə hərbi yardıma qarşı çıxışı ilə tanınan ifrat sağçı siyasətçi Qjeqoj Braun etimad səviyyəsini ən çox artıran ikinci şəxs olub. Onun reytinqi 7,3 faiz bəndi yüksələrək 23,7 faizə çatıb. Xarici işlər naziri Radoslav Sikorski 42,6 faizlə ikinci, Baş nazir Donald Tusk isə 38,1 faizlə üçüncü yerdə qərarlaşıb. Bu arada, Varşava meri Rafal Tşaskovskinin reytinqi bir ay ərzində 5,6 faiz bəndi azalaraq 32,5 faizə düşüb.
15:00 28.06.2026
Oxunuş sayı: 44