Macarıstanda Orbanın yenidən baş nazir olması məhdudlaşdırıldı
Macarıstanda qəbul edilən konstitusiya dəyişikliyindən sonra baş nazir Viktor Orbanın yenidən hakimiyyətə qayıtmaq imkanları məhdudlaşdırılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Yeni qəbul edilən düzəlişə əsasən, hər hansı bir şəxsin baş nazir vəzifəsində qalma müddəti iki dörd illik dövrlə məhdudlaşdırılır.
Sənəd Viktor Orbanın bu vəzifəyə yenidən namizəd olmasını faktiki olaraq mümkünsüz edir.
Qeyd olunur ki, qərar ölkənin siyasi sistemində mühüm dəyişiklik kimi qiymətləndirilir.
08:20 20.06.2026
Oxunuş sayı: 49