Moskva Neft Emalı Zavodunda neft emalı dayandırıldı
Ukrayna Silahlı Qüvvələrinin zərbəsindən sonra Moskva Neft Emalı Zavodu neft emalını dayandırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumatda bildirilir ki, hücum nəticəsində zavodun fəaliyyəti müvəqqəti olaraq dayandırılıb və hazırda vəziyyət qiymətləndirilir.
Qeyd edək ki, Rusiya tərəfi hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
08:00 20.06.2026
Oxunuş sayı: 45