İranla razılaşmadan geri çəkilmə müharibəyə və gərginliyin artmasına səbəb oldu
ABŞ-nin sabiq prezidenti Barak Obama İranla nüvə razılaşması və sonrakı proseslərlə bağlı açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Obama bildirib ki, İranın nüvə silahı istehsal etməməsi barədə razılığın əldə olunduğu bir saziş mövcud idi, lakin həmin razılaşmadan geri çəkilmə nəticəsində Tehran öz nüvə imkanlarını genişləndirməyə başlayıb.
Onun sözlərinə görə, bu qərar regionda gərginliyin artmasına və müharibə riskinin yüksəlməsinə gətirib çıxarıb:
“İndi müharibəyə başladıq, milyardlarla dollar xərclədik, silahlı qüvvələrimiz böyük təzyiq altında qaldı və çoxlu itkilər verdik. Görünür, sonda yenə də əvvəlki vəziyyətə qayıtmışıq — hətta daha pis şərtlərlə,” – deyə Obama qeyd edib.
00:30 20.06.2026
Oxunuş sayı: 42