Merts: Livanın cənubu atəşkəsdən kənarda qalmamalıdır
Almaniya kansleri Fridrix Merts İran və ABŞ arasında razılaşdırılan atəşkəsin Livanın cənubunda da tətbiq olunmasının vacibliyini vurğulayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Merts bildirib ki, bölgədə sabitliyin qorunması və gərginliyin daha da artmasının qarşısının alınması üçün atəşkəs rejimi Livanın cənubunda da təmin edilməlidir.
Kansler həmçinin Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin normallaşdırılması istiqamətində diplomatik səylərin davam etdirilməsinin əhəmiyyətini qeyd edib.
00:16 20.06.2026
Oxunuş sayı: 45