İsraili mən xilas etdim– Trampın qalmaqallı açıqlaması
ABŞ Prezidenti Donald Tramp İsrailin təhlükəsizliyində ABŞ-nin həlledici rol oynadığını bildirərək, ölkəni məhv olmaqdan xilas etdiyini iddia edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
“Əgər Donald Tramp olmasaydı, İsrail məhv olardı. Silahlar bizim əlimizdədir. Lazım olan hər şey bizdədir. B-2 bombardmançıları da daxil olmaqla bütün imkanlara sahibik”, – deyə Tramp vurğulayıb.
O, həmçinin İsrailin Baş naziri Benjamin Netanyahu ilə münasibətlərindən də danışıb. Tramp iki ölkə lideri arasında münasibətlərin yaxşı olduğunu qeyd etsə də, bəzən Netanyahuya daha təmkinli davranmağı tövsiyə etdiyini bildirib.
“Münasibətlərimiz yaxşıdır, amma bəzən onu sağlam düşüncə çərçivəsində saxlamağa çalışırıq”, – deyə ABŞ prezidenti əlavə edib.
00:07 20.06.2026
Oxunuş sayı: 43