Merts: Ukrayna hələ Avropa İttifaqına üzv olmağa hazır deyil
Almaniya kansleri Fridrix Merts Ukraynanın hazırkı vəziyyətdə Avropa İttifaqına(Aİ) üzv qəbul edilməsinin mümkün olmadığını bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O qeyd edib ki, müharibə şəraitində olan bir ölkə Aİ-yə üzv ola bilməz. Bununla belə, Ukraynanın əvvəlcə assosiasiya olunmuş üzv statusu əldə etməsinin, daha sonra isə tamhüquqlu üzvlüyə qəbul olunmasının mümkün olduğunu vurğulayıb.
“Ukrayna kimi müharibə vəziyyətində olan bir ölkə Aİ-yə üzv ola bilməz. Lakin o, əvvəlcə Aİ-nin assosiasiya olunmuş üzvü ola, daha sonra isə Aİ-nin tamhüquqlu üzvünə çevrilə bilər”, – deyə Merts bildirib.
23:59 19.06.2026
Oxunuş sayı: 45