Geri çəkilənləri hədələyirlər – Tacikistanlı əsir cəbhədəki vəziyyətdən danışdı
Rusiyanın Ukraynaya qarşı müharibəsində əsir düşən Tacikistan vətəndaşı miqrantların necə cəbhəyə göndərildiyi barədə danışıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, miqrasiya qaydalarını pozduğuna görə saxlanıldıqdan sonra ona deportasiya ilə Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlamaq arasında seçim təklif olunub.
Əsir iddia edib ki, miqrantlar vətəndaşlıq və yüksək məbləğdə ödəniş vədləri ilə müqavilə imzalamağa cəlb edilir, lakin sonradan lazımi hazırlıq keçmədən ön xəttə göndərilirlər.
O, həmçinin bildirib ki, bəzi Rusiya hərbçiləri özləri üçün lazım olan avadanlıqları toplamaq məqsədilə pul yığmağa məcbur qalırlar, həftələrlə təchizat, su və rabitə olmadan qalırlar. Əsirin iddiasına görə, geri çəkilməyə cəhd edənlər isə cəzalandırılmaqla hədələnirlər.
“Bu müqaviləni imzaladığım gün lənətə gəlsin”, – deyə o bildirib.
03:10 20.06.2026
Oxunuş sayı: 42