Volodimir Zelenski Aleksandr Lukaşenkoya sərt ultimatum verdi
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Belarus ərazisində, Ukrayna ilə sərhəd olan iki vilayət boyunca yerləşdirilən hərbi texnika Ukrayna ərazisində dinc əhalinin üzərinə atəşin tənzimlənməsində istifadə olunur.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Zelenski qeyd edib:
“Onun ərazisində, Ukrayna ilə həmsərhəd iki vilayət boyunca yerləşdirilmiş və Ukrayna əhalisinə qarşı atəşin yönləndirilməsində istifadə olunan texnika var. Bu texnikanı çıxarsın, söndürsün.
Məncə, bunun üçün ona bir neçə həftə kifayət edər. Niyə həftələr deyirəm? Çünki hər gün bu səbəbdən mülki insanlar ölür, uşaqlar yaralanır.
Əgər bunu etməsə, biz bunu özümüz edəcəyik.”
23:44 19.06.2026
Oxunuş sayı: 47