Ukrayna ordusu Krım və Moskva Neft Emalı Zavodunu hədəf aldı
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı 19 iyun gecəsi Krım və Moskva bölgəsində bir sıra obyektlərin hədəfə alındığını açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Krımda Razdolnoye və Vladislavovka ərazilərində yerləşən dəmir yolu körpülərinə zərbələr endirilib. Ukrayna tərəfi bu körpülərin Rusiya ordusunun hərbi daşımaları və təchizatı üçün istifadə edildiyini iddia edir.
Bundan əlavə, Moskva Neft Emalı Zavoduna da hücum edildiyi bildirilir. Baş Qərargahın açıqlamasına görə, müəssisə neft emalını qeyri-müəyyən müddətə dayandırıb.
İddialara əsasən, zərbə nəticəsində kompleks emal qurğusu və 4 yanacaq çəni zədələnib.
23:36 19.06.2026
Oxunuş sayı: 44