Trampı təəccübləndirən Ukrayna qanunları – Lavrov açıqladı
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, ABŞ prezidenti Donald Tramp Ukraynada rus dili və kanonik Ukrayna Pravoslav Kilsəsi ilə bağlı qəbul edilmiş qanunlar barədə məlumat alarkən çox təəccüblənib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Lavrovun sözlərinə görə, Tramp bu məlumatın doğruluğunu bir neçə dəfə ABŞ dövlət katibi Marko Rubio və xüsusi nümayəndə Stiv Vitkofdan soruşub.
Bu doğrudur? – deyə Trampın müşayiətində olan rəsmilərdən dəfələrlə soruşduğunu bildirən Lavrov qeyd edib ki, Rubio və Uitkoff bu məlumatı təsdiqləyiblər.
19:28 19.06.2026
Oxunuş sayı: 47