İran yayılan xəbərlərə aydınlıq gətirdi
İran Xarici İşlər Nazirliyi İsmayıl Bəqai Almaniyanın Bild˝ nəşrində yayılan və guya Hörmüz boğazının bağlanacağı ilə bağlı iddiaları təkzib edib.
Crossmedia.az bu barədə xarici mediaya xəbər verir.
Nazirlikdən bildirilib ki, bu məlumat həqiqəti əks etdirmir və İranın Hörmüz boğazının bağlanması ilə bağlı hər hansı qərarı yoxdur.
Qeyd edək ki, daha əvvəl Bild İranın strateji əhəmiyyət daşıyan Hörmüz boğazını bağlamağa hazırlaşdığı barədə məlumat yayıb.
19:20 19.06.2026
Oxunuş sayı: 59