Ermənistanda müxalifət namizədləri seçici rüşvəti ittihamı ilə saxlanılıb
Ermənistanda parlament seçkilərindən sonra müxalifət nümayəndələrinin saxlanılması prosesi davam edir.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, “Ermənistan” blokunun üzvü Ruslan Barseqyan və “Güclü Ermənistan” təmsilçisi Aşot Yeghiazaryan həbs edilib. Bundan başqa, “Ermənistan” blokunun daha bir namizədi Asatur Koçaryan isə ev dustaqlığına buraxılıb.
Onlar yaxın zamanda keçirilmiş parlament seçkiləri zamanı seçicilərin ələ alınması (səsverməyə təsir göstərmə) ittihamı ilə məsuliyyətə cəlb olunublar.
00:22 20.06.2026
Oxunuş sayı: 49