Bu kollecə yeni direktor təyin olunub
Qazax Dövlət Sosial-İqtisadi Kollecinin direktoru vəzifəsinə yeni təyinat olub.
Crossmedia.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Məlumata görə, yeni direktor Gülnar Qəhrəmanova bu gün kollektivə təqdim olunub.
Gülnar Qəhrəmanova Gəncə Dövlət Universitetində “Kimya və biologiya müəllimliyi” ixtisası üzrə bakalavr, həmin ali təhsil müəssisəsində “Genetika” ixtisaslaşması üzrə magistratura təhsili alıb. 2025-ci ildə ADA Universitetinin “Bir müəllimin manifesti” proqramı çərçivəsində Vaşinqton şəhərində keçirilən “Tədris və təhsildə liderlik” istiqaməti üzrə təlimdə iştirak edib.
O, əmək fəaliyyətinə 2006-cı ildə Ağstafa şəhər Texniki və humanitar təmayüllü liseydə kimya və biologiya müəllimi kimi başlayıb. 2022–2024-cü illərdə Ağstafa rayonu Aşağı Kəsəmən kənd Ş.Abadov adına tam orta ümumtəhsil məktəbində, 2024–2026-cı illərdə isə Ağstafa şəhər Asif Abdullayev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində direktor vəzifəsində fəaliyyət göstərib.
G.Qəhrəmanova təhsil sahəsində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib.
Görüş zamanı kollecin kollektivi ilə qarşılıqlı müzakirələr aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.
15:17 09.06.2026
Oxunuş sayı: 68