Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub
İyunun 8-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində 14 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano şöbəsinin müəllimi Vüsalə Məmmədlinin sinif şagirdlərinin iştirakı ilə “Melodiyaların palitrası” adlı konsert keçirilib.
Crossmedia.az xəbər verir ki, Niyazinin mənzil-muzeyindən bildirilib ki, tədbiri giriş sözü ilə muzeyin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov açaraq qonaqları salamlayıb və gənc musiqiçilərə uğurlar arzulayıb.
Tədbirin bədii hissəsində məktəbin şagirdləri Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərlərindən ibarət musiqi nömrələri ilə çıxış ediblər. İfa olunan əsərlər tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Tədbirin sonunda məktəbin direktoru Arzu Mehdiyeva və müəllim Vüsalə Məmmədli çıxış edərək muzeyin rəhbərliyinə təşəkkürlərini bildiriblər. Daha sonra şagirdlərə təşəkkürnamələr təqdim olunub.
Tədbir çərçivəsində qonaqlar üçün Niyazinin həyat və yaradıcılığı haqqında ekskursiya aparılıb.
19:10 08.06.2026
Oxunuş sayı: 43