Ukrayna Rusiya logistikasını hədəf alır
Ukraynanın Rusiya qüvvələrinə qarşı yeni hərbi strategiya tətbiq edir.
Crossmedia.az “The Telegraph”a istinadən xəbər verir ki, Ukraine Rusiyanı sülhə məcbur etmək üçün əsasən cənub istiqamətində logistika xətlərinə zərbələr endirir. Məqalədə bildirilir ki, Kiyev 2023-cü ildəki əks-hücumun əsas hədəflərindən biri olan Krımı təcrid etmə ideyasına yenidən qayıdıb, lakin bu dəfə tank və piyada əvəzinə pilotsuz uçuş aparatlarından istifadə edir.
Nəşrin yazdığına görə, əsas hədəflərdən biri Rostovna-Donudan Mariupol, Berdyansk və Melitopol üzərindən Krıma gedən R-280 magistral yoludur. Son həftələrdə həmin ərazilərdə Rusiya ordusuna məxsus yanacaq daşıyan maşınlar və hərbi texnikanın tez-tez məhv edildiyi bildirilir.
The Telegraph qeyd edir ki, hazırkı mərhələdə Ukraynanın məqsədi əraziləri dərhal geri almaqdan çox, Rusiya ordusunun təchizat zəncirini pozmaq, cəbhəni sabitləşdirmək və hücum potensialını tədricən zəiflətməkdir.
Məqalədə vurğulanır ki, 2023-cü illə müqayisədə əsas fərq Ukraynanın əməliyyatları daha gizli, planlı və öncədən açıqlanmayan şəkildə həyata keçirməsidir.
21:03 07.06.2026
Oxunuş sayı: 45