Ermənistanda seçkilərin ilkin nəticələri açıqlanıb
Ermənistanda keçirilən seçkilərlə bağlı ilk qeyri-rəsmi exit-poll nəticələri açıqlanıb. Bildirilir ki, tam nəticələr səsvermə məntəqələri bağlandıqdan sonra dərc olunacaq.
Crossmedia.az xarici KİV-ə əsasən xəbər verir.
İlkin məlumatlara əsasən, paytaxt İrəvanüzrə seçki məntəqələrinin nəticələrində Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Mülki Müqavilə partiyası 30,1 faiz səs toplayıb.
Qeyri-rəsmi nəticələrə görə, Samvel Karapetyanın rəhbərlik etdiyi Güclü Ermənistan bloku isə 29,9 faiz səslə hakim partiyanı yaxından izləyir.
Müşahidəçilər qeyd edirlər ki, səslər arasındakı fərqin çox az olması yekun nəticələrin seçki məntəqələri bağlandıqdan sonra hesablanacaq rəsmi səslərdən ciddi şəkildə asılı olacağını göstərir.
• Mülki Müqavilə(Nikol Paşinyan)-33%
• Güclü Ermənistan bloku(Samvel Karapetyan)-21.9%
• Ermənistan Bloku(Koçaryan)-13.5%
• Çiçəklənən Ermənistan(Garik Tsarukyan)-6.5%
Başqa qeyri-rəsmi nəticədə isə qeyd olunub:
• Mülki Müqavilə(Paşinyan)-56.5%
• Güclü Ermənistan(Karapetyan)-13%
• Ermənistan Bloku(Koçaryan)-7%
• Çiçəklənən Ermənistan(Tsarukyan)-4%
Ermənistanda seçici fəallığı 60%-dən çox olub. Bu 2021-ci il seçkilərindən daha yüksək nəticədir.
20:35 07.06.2026
Oxunuş sayı: 148