Zelenski Böyük Britaniyaya səfər edəcək
Ukrayna Prezidenti Volodemir Zelenski Böyük Britaniyaya səfər edib. O, səfər çərçivəsində Böyük Britaniyanın Baş naziri Keir Starmer, Fransa Prezidenti Emmanuel Macron və Almaniya Kansleri Friedrich Merz ilə E3+Ukrayna formatında keçiriləcək görüşdə iştirak edəcək.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Zelenskinin sözlərinə görə, danışıqlarda Ukraynanın hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi, Avropanın təhlükəsizliyi və müharibənin başa çatdırılması istiqamətində atılacaq növbəti diplomatik addımlar əsas müzakirə mövzuları olacaq.
Ukrayna liderinin proqramına əsasən, sabah onun Böyük Britaniya Kralı Charles III ilə də görüşü nəzərdə tutulub.
Səfər Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi fonunda Kiyevin Qərb müttəfiqləri ilə koordinasiyanı gücləndirmək məqsədi daşıyır.
20:54 07.06.2026
Oxunuş sayı: 41